18 dekabr 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertdə olub

Dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı ilə çıxış ediblər.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının əfsanəvi ulduzları - Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə də məşhur “Rikki e Poveri”, “Matia Bazar” qrupları çıxış ediblər.

 

Konserti İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti və Tural Əsədov aparıblar.

 

Konsertdə əfsanəvi Toto Kutunyo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində ifa edib.


VİDEO