10 may 2014

Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əhmədova Tamilla Tofiq qızı

 

Əliyeva Afət Əlixan qızı

 

İsmayılova Pərvinə Fəzail qızı

 

Quluzadə Ramin Namiq oğlu

 

Mehdiyeva Məhəbbət İsa qızı


Mustafayev İlqar Əziz oğlu

 



İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 may 2014-cü il.