Mayın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, Həştərxan vilayətinin rəhbərliyi, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Həştərxan şəhərində Heydər Əliyevin adını daşıyan parkda ümummilli lideri abidəsini ziyarət ediblər.
Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə davam edən mərasimdə ümummilli liderin həyat və fəaliyyətindən danışılıb.