1399903852.jpg
12 may 2014

Həştərxanda Heydər Əliyev Fondunun 10 illiyinə həsr edilən müsabiqənin qalibləri mükafatlandırılıblar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda keçirilən tədbirlərdə iştirak etmək üçün oraya səfər etmiş Azərbaycan nümayəndə heyəti mayın 12-də Heydər Əliyev adına orta məktəbdə olublar.

 

Sonra qonaqlar məktəblə tanış olub, Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxıblar.

 

Daha sonra Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb, Fondun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya məktəbdə və Həştərxanda görülən işlərə görə minnətdarlığını bildirib. Tatyana Tixomirova Fondun xeyirxahlığı ilə artıq bütün dünyada tanındığını vurğulayıb.

 

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun 10 illik fəaliyyəti müddətində gördüyü işlərdən danışıb.

 

Sonda Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən müsabiqə və turnirlərin qaliblərinə mükafatlar təqdim edilib.


FOTO

VİDEO