Mayın 21-də Qazax rayonundakı Müalicə Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
Aksiya çərçivəsində 170-dən çox rayon sakini könüllü olaraq qan verib.
Toplanmış qan müayinədən sonra talassemiyalı və hemofiliyalı xəstələrə köçürülmək üçün Mərkəzi Qan Bankına göndərilib.