3I8H5289.jpg
16 iyun 2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” aksiyası keçirilib

İyunun 16-da Dünya Qan Donoru Günü münasibətilə Moskvada ənənəvi illik “Qanın milləti yoxdur” aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş humanitar aksiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Klinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

 

Heydər Əliyev Fondunun Moskvanın səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin bir hissəsi olan bu aksiyada Azərbaycan, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan tələbələr iştirak ediblər. Aksiya çərçivəsində təxminən 100 nəfər qan verib. Gün ərzində davam edən aksiyada BMDTU-nun tələbələri ilə yanaşı, əcnəbi tələbələrlə iş üzrə dekanlığın və beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları, Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri, RAGB üzvləri də iştirak ediblər.

 

Tibb profilli ali məktəblərin bazasında təşkil edilən “Qanın milləti yoxdur” humanitar aksiyası Rusiyanın başqa regionlarında da mütəmadi olaraq keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində hərtərəfli tibbi dəstək tədbirləri təşkil etməklə, başqa ölkələrdə də qana ehtiyacı olanlara köməklik göstərirlər.


FOTO