Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan konsert təşkil edilib.
“Dostlarla Oyunlara” şüarı altında keçirilən konsertdən əvvəl Azərbaycanın birinci Avropa Oyunlarına hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Bir neçə saat davam edən konsertdə Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqaları çıxış ediblər.
Səhnədə quraşdırılmış böyük monitorda birinci Avropa Oyunlarını təbliğ edən süjetlər təqdim olunub.