06.JPG
11 fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb

Fevralın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.

 

Hazırda burada 3 yaşadək 13 uşaq var.

 

Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.

 

Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.


FOTO

VİDEO

Paylaş: