001.JPG
7 mart 2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

 

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, 100 yerlik bu müəssisədə balacalar üçün hərtərəfli şərait var. Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Körpələr evi-uşaq bağçasının tikintisi qısa müddətdə başa çatdırılıb, ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.

 

Bağçanın ərazisində abadlıq-quruculuq işləri aparılıb, uşaqların əyləncəsi üçün meydança tikilib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində respublikanın 60 şəhər və rayonunda, ümumilikdə, 13 min 625 uşaq yerlik 123 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulub və onlardan 80-i artıq istifadəyə verilib.


FOTO

VİDEO

Paylaş: