25 aprel 2019

Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin əsasnaməsi

Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən

açıq heykəltəraşlıq müsabiqəsinin

ƏSASNAMƏSİ


Bakı, 2019-cu il

 

 

 

Təşkilatçılar

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Heydər Əliyev Fondu

Bakı Şəhər İcra hakimiyyəti

 

 

 

MÜSABİQƏNİN keçirilmə müddətləri:

 

 

İlkin mərhələ:

25.04 – 30.06.19

– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən eskizlərin işlənib hazırlanması, ərizə-eskizlərin qəbulu

 

Əsas mərhələlər:

 

 

 

– ərizə-eskizlərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi

 

 

– qalibin seçilməsi və elan edilməsi

 

 

 

– heykəltəraşın ideyanın həyata keçirilməsi üzrə işinin, əsərin təşkilat komitəsi tərəfindən qəbul edilməsi

 

 

 

– heykəltəraşlıq əsərinin ucaldılması, heykəlin təntənəli açılışı

 





Məqsəd və vəzifələr:



Məqsəd: Heykəl (və ya heykəltəraşlıq kompleksi) yaratmaq və onu nəzərdə tutulmuş məkanda  ucaltmaq.

 

Vəzifələr:

 

• Eskizlər müsabiqəsinin hazırlanması və keçirilməsi, ən yaxşı eskizlərin seçilməsi


• Müsabiqənin qalibinə əsərini materialda təcəssüm etdirmək imkanının yaradılması (materialın variantı)


• Heykəlin qoyulması


• Heykəltəraşlıq sahəsində işləyən sənətkarların dəstəklənməsi


Şəhər, bağça-park heykəltəraşlığının və landşaft art-obyektlərinin şəhər mühitində populyarlaşdırılması


• Şəhərin mədəni məkanı üçün əlamətdar olacaq yeni rekreasiya zonasının yaradılması

•          

Açıq yaradıcılıq müsabiqəsində  ilkin mərhələyə dəvət olunan və təqdim edilmiş eskizlər üzrə seçim mərhələsindən keçmiş peşəkar rəssam-heykəltəraşların iştirakı nəzərdə tutulur.

 

Müsabiqədə iştirakın şərtləri:

 

1. MÜSABİQƏDƏ landşaft, bağça-park, şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.


2. Namizədlər MÜSABİQƏDƏ iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.


3. Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs daşıyır.


4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsilə [email protected] ünvanına göndərmək lazımdır.


5. MÜSABİQƏNİN təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.


6. Ərizə-eskizlərin təqdim edilməsi üçün son tarix: 30 iyun 2019-cu il.

 

7. MÜSABİQƏNİN mövzusu “Hacı Zeynalabdin Tağıyev”.


Hacı Zeynalabdin Tağıyev–Azərbaycanın görkəmli xadimi, ölkənin neft sənayesinin banilərindən biridir. O, Azərbaycan xalqının tarixinə  milli kadrların hazırlanmasına böyük təsir göstərmiş mesenat, xeyriyyəçi kimi daxil olmuşdur. Əmək fəaliyyətinə bənna kimi başlayaraq, ilkin kapitalı topladıqdan sonra isə onu XIX əsrin 70-80-ci illərinin ən gəlirli biznesinə – neft işinə yatırmışdır. Hacı Zeynalabdin Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının demək olar ki, bütün sahələrini əhatə edirdi: o, vəsaitlərini gəmiçiliyə, gəmiqayırmaya, enerji sektoruna, pambıq, balıq, un üyütmə, şərabçılıq sənayelərinə, rabitə sahəsinə yatırır, böyük meşə massivlərinə malik olub, Bakı Tacir Bankının təsisçisi idi, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparırdı.


O, görkəmli ictimai xadim və mesenat idi. Bakının infrastrukturunun inkişafına yönəldilmiş bir çox layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edirdi. Onun şəhərdə at-dəmir yolunun, Bakı-Şollar su kəmərinin çəkilişinin maliyyələşdirilməsində iştirak etməsi barədə faktlar məlumdur. 1883-cü ildə isə o, paytaxtda ilk teatr binasını tikdirmişdir. Tağıyev respublikada təhsilin, incəsənətin, jurnalistikanın təşəkkül tapmasına və inkişafına yardım edirdi. O, təkcə Azərbaycanda deyil, həm də bütün Rusiya imperiyasında maariflənmənin və mədəniyyətin inkişafına yardım edir, buna görə həqiqi mülki müşavir rütbəsini almışdı.1901-ci ildə Tağıyev Bakıda ilk Qızlar məktəbini açır. Məktəbin tikintisi Nikolayevski küçəsində 1898-1900-cü illərdə aparılmışdır. Hazırda burada Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu yerləşir.

 

H.Z. Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.

 


Geolokasiya


 

Müəllif ideyasının yerinə yetirilməsi zamanı materialın xüsusiyyətlərindən asılı olaraq eskizdən kənarlaşmaya yol verilir, lakin bu kənarlaşma 30%-dən çox olmamalıdır. İştirakçı - müəlliflər eskizlərin (maketlərin) ən azı iki variantını komissiyaya təqdim etməlidirlər; eskizlər təkcə rəsm şəklində yerinə yetirilməyə bilərlər, onların həcmli (plastilin, gil) formada hazırlanmaları arzu olunandır, həcmli eskizlərin bir neçə rakursdan fotoşəkilləri çəkilməli və fotoşəkillər elektron poçt vasitəsilə müsabiqəyə təqdim edilməlidir. Eskizlərə görə ödəniş edilmir.

 

8. Müsabiqənin materialı: bürünc, təbii daş, mərmər (materialın variantını müsabiqənin potensial iştirakçıları təklif edirlər).

• Təşkilat komitəsi eskizi seçdiyi təqdirdə, heykəlin materialı və həcmi, ölçüsü və materialın növü müəllifin yazılı ərizəsinə əsasən təshih edilə bilər.

 

Hər bir heykəl həm ayrılıqda iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

 

Müsabiqəyə yekun vurulması


MÜSABİQƏNİN təşkilatçısı heykəli Bakı şəhərinin ərazisində yerləşdirmək hüququna malikdir. Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkil şəxsinin bilavasitə müşahidəsi altında, MÜSABİQƏNİN təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Finalda iştirak edən heykəl eskizləri MÜSABİQƏNİN populyarlaşdırılması və fəaliyyətinin işıqlandırılması məqsədi ilə təşkilatçı tərəfindən KİV-də irəlilədilmə üçün istifadə edilə bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

 

Münsiflər heyətinin üzvləri:

 

1. Vaqif Əliyev – Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini

2. Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı

3. Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar

4. İsmayıl Hüseynov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri

5. Emin Məmmədov – Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi

6. Məhəbbət Mehdiyeva – Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi

7. Akif Əsgərov – Xalq rəssamı, heykəltəraş, professor

8. Rahibə Əliyeva – AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru

9. Qalib Qasımov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas

 


 Açıq heykəltəraşlıq müsabiqəsinin iştirakçısının anketi (PDF)


Doldurulmuş qeydiyyat forması 30 iyun 2019-cu il tarixinədək müsabiqənin təşkilat komitəsinə [email protected] elektron poçt ünvanına göndərilməlidir.