1.1.jpg
8 noyabr 2019

Göyçayda uşaq bağçası və inzibati kompleksi üçün yeni bina inşa olunub

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Göyçay rayonunun Müskürlü kənd sosial inzibati bina kompleksinin  və Qarabaqqal kənd uşaq bağçasının noyabrın 8-də açılışı olub.

 

Qeyd edək ki, Qarabaqqal kənd uşaq bağçası qəzalı vəziyyətdə olduğu üçün yeni binanın inşasına başlanılmışdı. Qarabaqqal kənd uşaq bağçasının hazırkı binası 1 mərtəbəli, 16 otaqdan ibarətdir. Bağçada yataq otağı, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün otaqlar, tibb otağı, mətbəx və yardımçı otaqlar mövcuddur.

 

Müskürlü kənd inzibati bina kompleksində isə Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd bələdiyyəsi, kitabxana, uşaq bağçası, tibb məntəqəsi yerləşir.

 

Müskürlü kənd sosial inzibati bina kompleksi və Qarabaqqal kənd uşaq bağçasının açılış mərasimində çıxış edən kənd sakinləri həyata keçirilən yeni layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


FOTO