9.jpg
24 fevral 2023

Heydər Əliyev Fondu Türkiyədə zəlzələdə həlak olmuş azərbaycanlıların ailələrinə maddi yardım göstərir

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə maddi yardım göstərilir.

 

Faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olan çoxlu sayda insan arasında azərbaycanlılar da olub. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min manat məbləğində maddi yardım verilir.