4.jpg
3 aprel 2023

Azərbaycan Art Shopping Carrousel du Louvre beynəlxalq müasir incəsənət festivalında təmsil olunub

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında Art Shopping beynəlxalq müasir incəsənət festivalı təşkil edilib. Azərbaycan ilk dəfə festivalda Heydər Əliyev Fondunun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunub.

 

Art Shopping festivalı  müasir incəsənət sahəsində yeni çağırışların, yeni tendensiyaların öyrənilməsi üçün ən vacib və Avropada ən böyük platformalardandır. Məhz burada incəsənət ustaları öz yeni işlərini, yeni ideyalarını təqdim edərək dünyanın ən tanınmış kuratorları və qalereyaları ilə əlaqə qurub, adlarını tanıda bilərlər.

 

Pavilyonda rəssam Anar Hüseynzadə və heykəltəraş Elvin Nəbizadənin əsərləri təqdim olunub. Ziyarətçilər heykəltəraş Elvin Nəbizadənin “Bir günəş altında” adlı müasir instalyasiyasını, rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər.

 

Göy qurşağı formasında 44 sazdan ibarət “Bir günəş altında” instalyasiyası Azərbaycanda multikulturalizmin və tolerantlığın simvoludur.

 

Anar Hüseynzadənin əsərləri vasitəsi ilə isə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olmaq mümkündür. Onun “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu festivalda tamaşaçılara təqdim edilib.


FOTO