18 iyul 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerikdə könüllü qanvermə aksiyası keçirilib

İrsi qan xəstəliklərindən əziyyət çəkən insanları xilas etmək üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerikdə könüllü qanvermə aksiyası keçirilmişdir. 

 

Lerik Mərkəzi Rayon Xəstəxanasındakı aksiyada 200 nəfər iştirak etmişdir. Qanvermə prosesi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilmiş və donorlara lazımı xidmət göstərilmişdir.

 

Toplanan qandan hemofiliyalı və talassemiyalı və digər xəstələrin müalicəsində istifadə olunacaqdır.