TURKSAV-MUKAFAT .JPG
1 iyun 2011

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Türk dünyasına xidmət” mükafatı təqdim olunub

İyunun 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) Bakıda 15-ci “Türk dünyasına xidmət” mükafatının təqdimatını keçirmişdir. 

 

Mərasimdə çıxış edən TÜRKSAV-ın başqanı Yəhya Akengin mükafatın Bakıda təqdim olunmasından məmnunluğunu ifadə etmişdir. O, türk dünyasının köklü mədəniyyətindən danışmış, mükafatın tarixi barədə məlumat vermişdir.

 

Mükafatın 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verildiyini bildirən Y.Akengin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevayada “Türk dünyasına xidmət” mükafatını təqdim etməkdən qürur duyduğunu qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın birinci xanımı TÜRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər ƏliyevFondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülmüşdür.


Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu üçün mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilmişdir.

 

H.Kılıç Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mükafatı təqdim etməyin böyük şərəf olduğunu bildirmişdir.

 

Mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat, incəsənət nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.