02_MADANIYYAT VA MADANI IRS HAMIS- KITAB-TAQDIMAT.JPG
22 iyun 2011

“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərində variantlarının təqdimatı keçirilib

İyunun 22-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş variantlarının təqdimat mərasimi keçirilmişdir.


Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan səkkiz fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çox şaxəli fəaliyyəti geniş əks olunmuşdur.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü böyük işlərdən söz açaraq demişdirki,bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, qeyri-maddi mədəni irsin, o cümlədən muğamın qorunması, təbliği, onun bəşəriyyətin inciləri siyahısına daxil edilməsi sahəsində böyük işlər gördüyü xüsusi vurğulanmışdır.


Qeyd edilmişdirki, Azərbaycan muğamının,aşıq sənətinin,Novruz bayramının,Azərbaycan xalçasının YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü işlər sayəsində reallığa çevrilmişdir.

 

Bildirilmişdir ki, təqdimatı keçirilən kitab Azərbaycan dilində çap edildikdən sonra böyük oxucu marağına səbəb olmuşdur. Bundan sonra kitabın rus dilində versiyası işıq üzü görmüşdür. Oxucuların çoxsaylı təklif və arzuları nəzərə alınaraq bu nəşr ərəb və ingilis dillərinə tərcümə edilərək çap olunmuşdur. Bu, xarici ölkələrdəki oxucuların Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı daha geniş məlumat əldə etmələrinə imkan yaradacaqdır.

 

Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlərdən danışmışlar.

 

Bildirilmişdir ki, hər iki kitabın ”Ön söz”ünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.

 

Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilmişdir.



FOTO