3.jpg
20 yanvar 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini anmaq üçün yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etmişdir.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ziyarətə gələnlərlə birlikdə ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarları üzərinə matəm musiqisinin sədaları altında tər qızılgül düzdülər, şəhidlərə Allahdan rəhmət dilədilər.


FOTO