YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İnteqration Award-
Mükafatın təqdim edilməsi mərasimi qarşıdakı aylar ərzində Bakıda keçiriləcəkdir. Həmin mərasimdə klubun birinci və ikinci dərəcəli mükafatlarının da təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki, beynəlxalq mükafat 2002-ci ildə təsis olunmuşdur. Xəzər-Qara dəniz hövzəsi ölkələrinin inkişafı və inteqrasiyasına xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev həmin il bu mükafatla təltif edilmişdilər. 2003-cü ildə Prezident Heydər Əliyev klubun təsis etdiyi yeganə və xüsusi mükafata – “XX əsrin siyasi lideri” mükafatına, Prezident Nursultan Nazarbayev “İlin Avrasiya lideri” mükafatına, Prezident İlham Əliyev isə “İlin siyasi xadimi” mükafatına layiq görülmüşdülər.