26 mart 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2004-cü ilin birinci xanımı” mükafatına layiq görülüb

Ankara İş Qadınları Dərnəyinin İdarə heyəti Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya “2004-cü ilin birinci xanımı” mükafatı verilməsi haqqında qərar qəbul etmişdir.


Dərnəyin İdarə heyətinin sədri Serpil Tınaz Akçarın bununla əlaqədar səfirliyə göndərdiyi məktubda deyilir ki, Mehriban xanım Əliyeva bu mükafata Azərbaycan və Türkiyə arasında əməkdaşlığın və qardaşlığın inkişafı, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği və qorunması istiqamətindəki fəaliyyətinə, YUNESKO-nun xoşməramlı səfiri kimi beynəlxalq aləmdə fəaliyyət göstərərək qadınların, uşaqların, yaşlıların problemlərinə, qadınların ailədə, cəmiyyətdə, işdə və siyasi həyatda haqlarının qorunmasında qətiyyətinə görə layiq görülmüşdür.