Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına əsasən, Lənkəran rayonunun Girdəni kəndində 192 və Şağlaküçə kəndində 240 yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır.
Girdəni kənd orta məktəbinin tikintisində "Azərsutikinti" Açıq Səhmdar Cəmiyyətinin, Şağlaküçə məktəbinin tikintisində isə "Azərkəndtikinti" birliyinin inşaatçıları çalışırlar.
Yeni təhsil ocaqlarının qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdu.