21 sentyabr 2005

Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində əsaslı təmir, abadlıq və quruculuq işləri həyata keçirilib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Əzizbəyov rayonunun Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində əsaslı təmir, abadlıq və quruculuq işləri həyata keçirilmişdir.


Burada korpusların dam örtükləri, döşəmələri, qapı və pəncərələri dəyişdirilmiş, su, qaz və elektrik xətləri, istilik sistemləri tam qaydaya salınmış, yeni kompüter mərkəzi yaradılmışdır.


Eyni zamanda, məktəb müasir avadanlıq və mebellə də təchiz edilmişdir. İndi təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır.