30 sentyabr 2005

Astarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş yeni məktəbin açılışı olub

Sentyabrın 30-da Astara rayonunun Təngərud kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 240 yerlik yeni məktəb binasının açılışı olmuşdur.


Mərasimdə məktəbin direktoru Tariyel Əsgərov, YAP Astara rayon təşkilatının sədri Əliheydər Həmzəyev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin tikintisində çalışan inşaatçılar, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək, kənd əhalisinə ərmağan edilən bu gözəl hədiyyəyə görə ölkə başçısına, Heydər Əliyev Fondunun prezideni, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Yeni məktəb binasının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar sinif otaqları və buradakı şəraitlə tanış olmuşlar.