24 iyun 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tovuzda məktəb tikintisinə başlanılıb

Rayonun Alakol və Əsrik Cırdaxan kəndlərinin hər birində 200 yerlik, Cəlilli kəndində 240 yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır. Hər üç məktəb ümummilli liderimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur. Məktəblərin inşası başa çatdıqdan sonra müasir avadanlıqla da təmin olunacaqdır.


Bu yaxınlarda isə fondun təşəbbüsü ilə Azaplı kəndində 360 yerlik daha bir məktəbin tikintisinə başlanacaqdır.