31 may 2011

“İmkanlara məhdudiyyət yoxdur” kampaniyası

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə (YUNİSEF) əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş “İmkanlara məhdudiyyət yoxdur” adlı kampaniyaya başlayır.


Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirmişlərki,növbəti altı ay ərzində xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar və digər üsullar vasitəsilə həyata keçiriləcək kampaniya əlilliyi olan uşaqların sosial inteqrasiyasını dəstəkləyəcəkdir.

 

BMT-nin “Əlilliyiolan şəxslərin hüquqları haqqında” Konvensiyası Azərbaycan hökuməti tərəfindən 2009-cuildə ratifikasiya olunmuşdur. Ölkəmizdə müxtəlif layihələr, ən önəmlisi isə inkluziv təhsil ilə bağlı tədbirlər həyata keçirilir.

 

Azərbaycanda müxtəlif növ əlillikdən əziyyət çəkən təxminən 56 min uşaq qeydiyyata alınmışdır. Yalnız 6 min əlilliyi olan uşaq xüsusi məktəblərdə, 11 min uşaq isə ev mühitində təhsil alır.

 

Kampaniyanın məqsədi valideynlərin, eləcə də müəllimlərin və səhiyyə işçilərinin davranış və münasibətlərinin dəyişməsinə təsir etməkdir. Bu kampaniya çərçivəsində nəzərdə tutulmuş təşviqat xarakterli tədbirlərdən biri sentyabrda Bakıda keçirilməsi planlaşdırılan əlilliyi olan uşaqlar ilə bağlı beynəlxalq konfransdır.

 

Tərəfdaşlarla həyata keçirilən tədbirlər gəncləri, uşaqları, eləcə də KİV-lərin nümayəndələrini və ictimai xadimləri bir araya gətirəcəkdir.