30 dekabr 2010

Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına xüsusi internat məktəbində Yeni il şənliyi keçirilmişdir.


Bayram süfrəsi ətrafında keçirilən mərasimdə iştirak edən rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, Şaxta baba, Qar qız və musiqiçilər bayram sevincini uşaqlarla birgə yaşamışlar.

 

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev valideyn himayəsindən məhrum olan uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, Heydər Əliyev Fondu adından onlara Yeni il hədiyyələri paylamışdır.