img_5223_inner.jpg
19 noyabr 2009

Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” devizi altında tədbirlər keçirilib

Noyabrın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki internat məktəblərində “Uşaq ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” devizi altında tədbirlər keçirilmişdir.


20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ərəfəsində keçirilən tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov uşaqları əlamətdar gün münasibətilə təbrik etmişdir. O, demişdir ki, 20 il əvvəl BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilmiş, respublikamız müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulmuşdur. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Lənkəran şəhərinin uşaq evlərində tərbiyə və təhsil alan, valideyn himayəsindən məhrum olan uşaqlara daim qayğı göstərir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayondakı hər iki internat məktəbi əsaslı təmir edilmiş, lazımı avadanlıq, mebel və məktəb ləvazimatları ilə təmin edilmişdir.

 

Tədbirlərdə uşaqlar şeir söyləmiş, mahnılar oxumuş, rəqs etmişlər.


FOTO