5 avqust 2006

Gəncənin uşaq müəssisələrinə yardım

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncəyə Təhsil İdarəsinin tabeçiliyində olan uşaq bağçalarına, şəhər Səhiyyə İdarəsinin uşaq xəstəxanalarına və körpələr evlərinə paylamaq üçün 1100 qutu "Humana" uşaq qidası göndərilmişdir. 


Şəhər icra hakimiyyətindən bildirmişlər ki, uşaq qidası iki gün ərzində ünvanlara çatdırılmışdır. Uşaq müəssisələrinin təmsilçiləri bu xeyirxah təşəbbüsə görə ölkənin birinci xanımına minnətdarlıqlarını bildirmişlər.