5 yanvar 2006

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Bakının rəmzi olan Qız qalasının tam işıqlandırılması

Heydər Əliyev Fondunun dəstəyi ilə dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Bakının rəmzi olan Qız qalasının tam işıqlandırılması həyata keçirilmişdir. 


Danimarkanın aparıcı "Martin Professional" şirkəti lazımi avadanlığı istehsal etmiş, ABŞ-ın "AT Trade" şirkəti və onun Bakıdakı nümayəndəliyi layihəni həyata keçirmişlər.


Xatırladaq ki, Qız qalasını işıqlandırmaq təşəbbüsləri bundan əvvəl də dəfələrlə olmuşdur. Lakin tarixi abidəni tam işıqlandırmaq mümkün olmamışdır. Hazırkı işıqlandırmanın yeni sistemi hətta gecənin zülmətində möhtəşəm qalanı bütöv görməyə imkan yaradır.