6 oktyabr 2014

Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə şənlik

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.

 

Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.

 

İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra Azərbaycan diasporunun nümayəndələrinin, müxtəlif qeyri-hökumət təşkilatları rəhbərlərinin çıxışları olub.

 

Hər iki tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.