Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə növbəti iftar süfrəsini mayın 27-də Ağdam rayonunun Quzanlı qəsəbəsində açıb.
İftar süfrəsində rayon sakinləri - oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailədən olan insanlar, həmçinin “N” saylı hərbi hissənin əsgərləri iştirak edib.
İftar mərasimində çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, Ramazan ayının əhəmiyyətindən danışıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda Allahdan xalqımıza əmin-amanlıq, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasını, o torpaqlarda da dini ayinlərin icra edilməsini və iftar süfrələrinin açılmasını diləyiblər.
İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.