fransa sudoest.png
5 aprel 2013

La Roşelldə Azərbaycanla bağlı tədbirlər keçirilir

Ötən ilin oktyabrından etibarən Azərbaycanı fransızlara yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən “Azərbaycan günləri” bu ölkənin mətbu orqanlarında geniş işıqlandırılmaqda davam edir.


“Yonla əlaqə” qəzetində dərc olunan “Azərbaycan Şablidə” sərlövhəli məqalədə Xəzər dənizi sahilində yerləşən və Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycanla bağlı mart ayının 1-3-də Şablidə təşkil edilmiş sərgi və konsertdən ətraflı bəhs olunub.


Yazıda bildirilir ki, Qafqazın mirvari xəzinəsini əks etdirən sərgidə qədim xalçaların, misgərlik və keramika nümunələrinin, musiqi alətlərinin və zinət əşyalarının nümayişi şəhər sakinlərinin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqda dolğun məlumatlar əldə etmələrində müstəsna rol oynayıb. Şablililərin bu gün də sərgi və konsertin təsiri altında olduqlarını vurğulayan qəzet xalqımızın ənənəvi musiqisi olan muğamın UNESCO tərəfindən dünyanın mədəni irs siyahısına daxil edildiyi xatırladır.


Puatu-Şarant regionunun mətbu orqanı “Sudouest” qəzetinin 30 mart tarixli nömrəsində dərc olunan “La Roşelldə Azərbaycanla bağlı tədbirlər keçirilir” sərlövhəli yazıda isə qədim İpək Yolu üzərində yerləşən və Qafqazda mühüm geosiyasi mövqe tutan Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondu tərəfindən bu ölkədə keçirilən tədbirlər yüksək qiymətləndirilib. 


Məqalədə ölkəmizin Parisdəki səfiri Elçin Əmirbəyova istinadən bu tədbirlərin siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıdığı qeyd olunur.


Bildirilir ki, La Roşelldə təşkil olunan sərgidə nümayiş etdirilən eksponatlar, 9 milyonluq əhalisi olan, Avropa ilə Asiya arasında yerləşən, güclü iqtisadiyyata malik Azərbaycanın mədəni dəyərləri və zəngin tarixi fransızları heyrətə salıb.


Məqalədə Elçin Əmirbəyovun tələbə mübadiləsi proqramı çərçivəsində təhsil sahəsində əməkdaşlığın bünövrəsinin qoyulmasının vacibliyi haqda fikirlərinə də yer verilib.


http://www.sudouest.fr/2013/03/30/la-perle-du-caucase-1010186-1391.php


Paylaş: