olympic_games_2020.jpg
14 aprel 2012

Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları

 Mehriban Əliyeva: “Biz Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırıq”


Bakı 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasına öz təkliflərini təqdim edib. İddia komitəsinin üzvləri hesab edir ki, təklifin spesifik xüsusiyyəti onun Qərb və Şərq mədəniyyətlərini əlaqələndirməsindədir.


Bu səylərin arxasında Azərbaycanın gözəl birinci xanımı Mehriban Əliyeva dayanır. O, deyib: “Bizim 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətimiz Azərbaycan əhalisinin 95%-i tərəfindən dəstəklənir. Bizim paytaxtımız canlı kosmopolit şəhərdir, bizim zəngin tarixi irsimiz var və burada Şərqlə Qərb bir-birinə qovuşur”.


Bakı-2020 iddia komitəsinin planına əsasən, idman qurğuları Olimpiya şəhərciyinin və əsas media mərkəzinin yaxınlığında yerləşəcək. Oyunların keçiriləcəyi ərazi müxtəlif idman qurğularını birləşdirən bir neçə qruplara bölünəcək.


Xanım Əliyeva fikrini belə davam etdirib: “Bizim dünya olimpiya ailəsinə yeni üzv olmağımıza baxmayaraq, Azərbaycan idmançılarının beynəlxalq arenalardakı qələbələri getdikcə daha da çoxalır, eyni zamanda, ölkədə idman infrastrukturunun yaradılmasına qoyulan güclü sərmayə bizim idmana və Olimpiya hərəkatına olan həvəsimizi sübut edir. Biz idman oyunlarının keçirilməsi üçün siyasi və maliyyə öhdəliklərini başa düşürük. İcazə verin sizi əmin edim ki, biz hazırıq. Biz hazırıq ona görə ki, həmin oyunların ölkəmizdə keçirilməsini istəyirik”.


Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokiyo daxil olmaqla, beş şəhər 2020-Olimpiya Oyunlarına ev sahibliyi etməkdə iddialıdır. İddiaçıların ilk təqdimatı Moskvada keçirilib. Aprelin 14-də 204 ölkədən olan aktivistlərin iştirak etdiyi tədbirdə Milli Olimpiya Komitəsi Baş Assambleyasının iştirakçılarına 10 dəqiqəlik video təqdimat nümayiş etdirilib. Milli Olimpiya Komitəsinin Baş Assambleyası şəhərlərin seçilməsində birbaşa səsvermə hüququna malik olmasa da Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərin siyahısının tərtib olunmasında Milli Olimpiya Komitələrinin rəylərini ciddi şəkildə nəzərə alır.


Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək qalib iddiaçını 2013-cü ilin 7 sentyabrında Buenos-Ayres şəhərində elan edəcək.


Ümid edilir ki, Mehriban xanım Əliyeva öz fədakarlığı, zəkası və gözəlliyi ilə uğur qazanacaq. O, dünyanın bütün birinci xanımları arasında ən yüksək yeri tutur. Mehriban xanım Əliyeva ciddilik, kəskin söz və işə sadiqlik tələb edən missiyalı bir qadındır.


O, 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu, 2004-cü ildə Heydər Əliyev Fondunu yaradıb. Heydər Əliyev Fondu Azərbaycan Təhsil Nazirliyindən daha çox məktəblər, Səhiyyə Nazirliyindən daha çox xəstəxanalar inşa edir, Mədəniyyət Nazirliyindən daha çox  tədbirlər keçirir. Heydər Əliyev Fondu həm də Azərbaycandan xaricdə layihələr gerçəkləşdirir. O cümlədən Fond Luvr Muzeyində, Versal Sarayında və Strasburqun Notr-Dam kilsəsində bərpa işlərinin aparılmasına köməklik göstərib.  


Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.


O, 2005-ci il parlament seçkilərində Azərbaycanın Milli Məclisinə üzv seçilib.


Xanım Əliyeva humanitar sahədəki fəaliyyətinə görə bir çox mükafatlarla, o cümlədən Fransanın nüfuzlu “Şərəf Legionu” ordeni ilə təltif edilib. Mükafatı Mehriban xanım Əliyevaya təqdim edən Fransa Prezidenti Nikola Sarkozi onun bu mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görüldüyünü bildirmişdi.


2010-cu ildə YUNESKO-nun baş Direktoru İrina Bokova mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsində xidmətlərinə görə xanım Əliyevanı YUNESKO-nun “Qızıl Motsart” medalı ilə təltif edib.


Casim Takin

14 aprel 2012

http://www.jassimtaqui.com/2012/04/mehriban-aliyeva-and-2020-olympic-games.html