8 iyun 2013

Montqomeri məktəbləri Azərbaycan fondundan qrant alacaqlar

Montqomeri dairəsinin məktəbləri Azərbaycan Respublikasında yerləşən fonddan 65 min ABŞ dolları məbləğində qrant alacaq. Qrant dərs otaqlarının müasir avadanlıqla təchiz olunmasına və məhdud fiziki imkanlı tələbələrin daha geniş təhsil almalarını təmin etmək üçün sərf olunacaq. 


Qrant qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu tərəfindən təqdim olunur və layihəyə Montqomeri Dairəsi Dövlət Məktəblərinin Təhsil Fondunun şura üzvü, ABŞ Senatına keçmiş müstəqil namizəd S. Rob Sübhani tərəfindən dəstək verilir. C-b Sübhani qeyd etdi ki, Germantaunda yerləşən Lonqvyu xüsusi-təhsil məktəbinə baş çəkməsi bu təşəbbüsün meydana gəlməsinə səbəb olub – “Mən oktyabr ayında Lonqvyuda olanda mənə aydın oldu ki, buradakı insanlar çox çətin işlə məşğuldurlar və onlara dəstək verilməsi ədalətli və düzgün olardı”.


Lonqvyunun əlaqələndiricisi Mişel Mak dedi ki, ianə məktəb üçün “çox böyük dəstək” olacaq.


Lonqvyu məktəbi uşaq bağçası yaşından 21 yaşınadək 49 tələbəyə xidmət edir.


Təhsil fondunun icraçı direktoru Yolanda Pruitt qeyd etdi ki, qrantın 40 min dolları dövlət məktəblərinin dərs otaqları üçün kompyuterləşdirilmiş interaktiv lövhələrin alınmasına sərf olunacaq.


Xanım Makın sözlərinə görə Lonqvyunun alacağı 25 min ABŞ dolları səs cihazlarının alınmasına sərf olunacaq ki, bu da ciddi ünsiyyət problemi olan tələbərlərə kömək edə bilər. Vəsaitin yerdə qalan hissəsi sinif otaqları üçün nizamlanan oturacaqların və stendlərə sərf olunacaq.


http://www.washingtontimes.com/topics/heydar-aliyev-foundation/