venesiyya_1.jpg
24 oktyabr 2013

İtaliya qəzetləri Monako Knyazının Azərbaycan pavilyonunu ziyarət etməsindən yazır

Monako Knyazı II Alberin 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunu ziyarət etməsi İtaliya mətbuatında mühüm hadisə kimi işıqlandırılıb.

 

Monakonun hakim Knyazı II Alber oktyabrın 15-də Azərbaycanın 55-ci Venesiya Biennalesindəki pavilyonu ilə tanış olub, burda “Ornamentlər” devizi altında təqdim edilən müasir incəsənət nümunələrinə baxıb.

 

“Cultura & Tempo libero” qəzeti hadisənin Venesiya Bieannalesi üçün mühüm hadisə olduğunu yazır.

 

Monako Knyazı II Alberin Azərbaycan pavilyonunu ziyarət etməsi İtaliyanın “La Nuova” qəzetinin də diqqətini cəlb edib. Məqalədə bildirilir ki, Monako Knyazı Azərbaycanın Venesiya Biennalesində iştirakının önəmli olduğunu qeyd edib, pavilyonla tanışlığından məmnunluğunu dilə gətirib.


http://nuovavenezia.gelocal.it/cronaca/2013/10/16/news/il-principe-di-monaco-ambasciatore-di-cultura-1.7939712