Untitled-3.jpg
19 dekabr 2013

Almaniya mətbuatı Heydər Əliyev Fondunun Hamburqda təşkil etdiyi tədbirlərdən yazır

Almaniya mətbuatında Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Hamburqda keçirilən caz konserti haqda yazı dərc olunub. Müəllif konserti yüksək dəyərləndirir.

 

Məqalədə bildirilir ki, tarixi Börsensaal zalında təşkil olunmuş konsert azərbaycanlı musiqiçilərin Almaniyada bu formatda ilk çıxışı idi: “Əlverişsiz hava şəraitinə baxmayaraq, konsertdə 600 qonaq iştirak edirdi”.

 

Müəllif virtuoz caz ifaçısı İsfar Sarabskinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova istinad edən qəzet bu konsertin Almaniyada keçirilən tədbirlər silsiləsinin bir hissəsi olduğunu, tədbirlərin mahiyyət etibarı ilə daim yeniləndiyini yazır.

 

Məqalədə tədbirdə nümayiş olunan “Almanlar Azərbaycanda” və “Almaniya bir rəssamın gözü ilə” adlı sərgilər haqda da məlumat verilir.


http://www.hamburg040.com/events/2013/mitreissender-kulturabend-mit-jazz-konzert-des-montreux-jazz-festival-gewinners-isfar-sarabski-sowie-weiteren-musik-stars-aus-aserbaidschan/11128