30.jpg
5 aprel 2014

“Rossiya-1” telekanalı Moskvada təşkil olunmuş “Azərbaycan – tolerantlıq məkanı” fotosərgisi haqqında reportaj təqdim edib

Rusiyanın “Rossiya-1” telekanalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Moskvada təşkil olunmuş “Azərbaycan –tolerantlıq məkanı” fotosərgisi haqqında geniş reportaj təqdim edib.

 

Reportajda bildirilir ki, indiyədək dünyanın müxtəlif qaynar nöqtələrində olmuş fotojurnalistin bu dəfəki mövzusu daha maraqlıdır: “Bu sərgiyə qatılanlar Azərbaycanın simasında sülh və tolerant bir məkanla tanış olacaqlar. Ekspozisiyada dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana səfərləri zamanı çəkdiyi fotoşəkillər nümayiş olunur”.

 

Telekanal bildirir ki, Deqatinin fotolarından Azərbaycanda 1987-ci ildən bu günədək yaşanan dəyişiklikləri görmək mümkündür: “Tanınmış fotoqrafın obyektivinə sadə vətəndaşlar da tuş gəlib. Azərbaycanın müxtəlif regionlarına səfər etmiş Reza Deqati rus, yəhudi, tatar və ləzgi ənənələri ilə tanış olub. Dünya şöhrətli rəssam müxtəlif millətlərin və dinlərin müasir Azərbaycanda mövcud olan qonşuluğunu bir çox ölkələr üçün nadir nümunə hesab edir”.


VİDEO