Untitled-2.jpg
15 aprel 2014

“Azərbaycanın birinci xanımının adından humanitar tədbir”

İslamabad: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından Lahorda Anjuman-e Suleymania Model Uşaq Evində (yetim uşaqlar üçün) xeyriyyə tədbiri təşkil olunub. Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov birinci xanım və Azərbaycan xalqı adından iştirakçıları və uşaqları salamladı, bu iki dövlətin əlaqələrindən, Azərbaycan və Pakistan xalqlarını yaxınlaşdıran ortaq dəyərlərdən danışdı. Daşqın Şikarov tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycan və dünyanın başqa ölkələrindəki fəaliyyətindən danışdı. O qeyd etdi ki, Fond Pakistanın bütün regionlarında səhiyyə, təhsil və humanitar sahələrdə bir çox layihələr həyata keçirib.


Tədbirdə çıxış edən Anjuman-e Suleymania Model Uşaq Evinin vitse-prezidenti Rauf Xalid Mustafa və məktəbin icraçı direktoru Şahidə Riaz Pakistan xalqına göstərdiyi məhəbbət jestinə görə Mehriban Əliyevaya təşəkkür etdilər, Pakistanla Azərbaycan arasında mövcud unikal yaxın münasibətlərdən danışdılar və həyatın bütün sahələrini əhatə edən əməkdaşlığa toxundular. Onlar həmçinin model məktəbin fəaliyyəti və davam edən yenidənqurma işləri barədə məlumat verdilər.


Uşaq evinin sakinlərinə hədiyyələr paylandıqdan sonra, qonaqlar Anjuman-e Suleymania`dakı qurğularla tanış oldular. Fond həmçinin uşaq evinə maliyyə yardımı etdi.


http://www.dailytimes.com.pk/islamabad/15-Apr-2014/charity-on-behalf-of-first-lady-of-azerbaijan