6 may 2014

Pakistanın “The İnternational News” qəzetində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs edən yazı dərc olunub

Pakistanın ingilis dilində yayımlanan nüfuzlu “The İnternational News” qəzeti “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən bəhs edən “Azərbaycan Fondu Tankda su təchizatına başlayıb” sərlövhəli məqalə dərc edib.

 

Məqalədə, layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi xüsusi vurğulanır.

 

Yazıda açılış mərasimindəki çıxışlara yer verilib.

 

http://www.thenews.com.pk/Todays-News-2-248171-Azerbaijan-Foundation-launches-water-supply-scheme-in-Tank