6 iyun 2014

İtaliya mətbuatı məşhur italyan modelyeri Renato Balestranın kolleksiyasının Bakıdakı nümayişindən yazır

İtaliyanın “Corriere” xəbər saytında Heydər Əliyev Mərkəzində məşhur italyan modelyeri Renato Balestranın kolleksiyasının nümayişi ilə bağlı yazı yerləşdirilib.

 

Yazıda qeyd olunur ki, tanınmış italyan modelyeri Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində nümayiş etdirilib.

 

“Renato Balestranın iştirakı ilə keçirilən nümayişdə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişinin ən maraqlı məqamlarından biri də tanınmış model İrina Şeykin də səhnədə görünməsi olub”, - deyə yazıda bildirilir: “Azərbaycan muzeylərinin kolleksiyalarında təqdim olunan zəngin geyim nümunələri, bəzək əşyaları və xalçaçılıq məmulatı məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını təcəssüm etdirən kolleksiya yaratmağa sövq edib”.


http://www.corriere.it/notizie-ultima-ora/Spettacolo/Balestra-sfila-Azerbaijan/31-05-2014/1-A_012724466.shtml