3 oktyabr 2014

Pakistan mətbuatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İslamabaddakı xeyriyyəçilik fəaliyyətindən yazır

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə İslamabad şəhərindəki Beyt-ul-Mal uşaq evində Qurban bayramı münasibətilə keçirilən tədbir Pakistan mediasında geniş işıqlandırılıb.

 

Pakistanın “Jang”, “The Frontier Post”, “The News”, “Navai Vakt”, “Daily Express”, “Pakistan Observer”, “Patriot”, “Azkaar”, “Pakistan in the World” , “Metro Watch”, “Daily Jinnah”, “Khabrian”, “News com”, “News Mart”, “Sarkaar” qəzetlərində və informasiya agentliklərində, həmçinin “Dawn TV”, “PTV”, “JEOTV”, “Dunya TV”, “Samaa TV”, “Express TV”, “ARY”, “Such TV” televiziya kanallarında bu tədbirlə bağlı urdu və ingilis dillərində materiallar və reportajlar yayılıb.

 

Reportajlarda bildirilir ki, İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar Mehriban Əliyevanın kimsəsiz uşaqlara dəstək olmasını onun humanistliyi, İslam dəyərlərinə sadiqliyi kimi qiymətləndiriblər.


Paylaş: