34.jpg
29 oktyabr 2014

“Odlar Yurdu”na musiqili səyahət

Azərbaycan Respublikası Dövlət Simfonik Orkestri 28 oktyabrda Hannoverdə Fuad İbrahimovun dirijorluğu ilə möhtəşəm konsert proqramı ilə çıxış etdi! 

 

“Musiqi ölkələr və insanlar arasında körpüdür” deyən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov günbəzli zala xüsusi mədəniyyət gecəsi ruhunu gətirdi. Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə keçirilən tədbirdə səfirin Simfonik Orkestrin qala konsertinə dəvət etdiyi qonaqlar arasında Hannoverin meri Tomas Herman və Televiziya aparızıcı Suzan Atvell də var idi.

 

Gecədə tədbirin aparıcısı Co Ferçner və səfir sürətlə inkişaf edən iqtisadiyyata malik bu ölkə barədə deyilən faktları təsdiqlədilər. Şahbazov qeyd etdi ki, ölkənin əhəmiyyəti adətən onun enerji təchizatçısı kimi rolunadək azaldılır. Lakin Azərbaycan görkəməli bəstəkarları sayəsində musiqinin müəyyən sahələrinin əsasını qoymuş ölkə kimi tarixə düşüb. Bunun nümunəsi kimi, müsəlman dünyasında ilk operanın Azərbaycanda yazıldığını qeyd etmək olar.

 

Almaniya ilə xüsusi əlaqələri olan, beynəlxalq səviyyədə tanınmış musiqiçi Fuad İbrahimovun dirijorluğu ilə Üzeir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti auditoriyaya unudulmaz anlar yaşatdı: “Burada yaşamaq mənim həyatımda xüsusi iz qoyub. Yalnız mənim Kölndəki studiyalarım deyil, həm də gündəlik həyatımdakı bütün təcrübələrim dünyagörüşümü genişləndirib”.

 

Orkestrlə birlikdə Fuad İbrahimov Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etdi. Azərbaycanın xüsusi xarakterinə uyğun hazırlanmış proqram Şərqlə Qərb arasındakı əlaqəni musiqi yolu ilə əks etdirdi. Oqtay Zülfüqarov Amerika musiqisi olan “Have A Good Time, My People” üverturasını ənənəvi muğam musiqisi ilə ifa etdi. O, balaban və ud kimi milli musiqi alətləri ilə Hannover tamaşaçılarını “Odlar Yurdu”na daha da yaxınlaşdırdı. Güclü tenor səsinə malik Azər Rzazadə və klarnet ustası Şükür Səmədov da öz kompozisiyalarını böyük şövqlə ifa etdilər. Konserti çox emosional və şux idarə edən Fuad İbrahimov da eyni dərəcədə güclü ifası ilə tamaşaçıların rəğbətini qazandı. Qara Qarayevin məşhur “Yeddi Gözəl” baletindən valsın ifası gecədə böyük şövq yaratdı. Burada dirijorla orkestr arasında qırılmaz əlaqə sübut olundu. Fuad İbrahimov öz karyerasını Milli Simfonik Orkestrdə skripkaçı kimi başlayıb və tez-tez musiqiçilərlə dirijor kimi çalışıb. “Əvvəlcə mənə bu qədər dərs vermiş ustad musiqiçilərin qarşısında dayanmaq çətin idi. Lakin onlar bunu mənim üçün asanlaşdırdılar. Orkestrdə çox mehriban mühit hökm sürür”, - deyə İbrahimov bildirib.

 

Musiqi proqramı iki sərgi ilə müşayiət olunurdu. “Azərbaycanda alman izləri” foto-sərgisi göstərdi ki, 1920-ci illərdə üzümçülük Helenendorfda həyata öz təsirini göstərmişdi. Bundan əlavə, “Almaniya bir rəssamın gözü ilə” adlı sərgidə Azərbaycanın gənc rəssamlarının əsərləri nümayiş etdirilirdi. Bu sərgi hər il keçirilən yarışın nəticəsi kimi meydana gəlib. Sərgi orijinal konsepsiyaya malikdir. Heç vaxt Almaniyada olmayan rəssamlar tipik alman xüsusiyyətlətini, ənənələrini və həmçinin stereotiplərini öz əsərlərində əks etdiriblər. Sərginin mövzusu çox genişdir – alman dəqiqliyi və texnoloji tərəqqisindən tutmuş, “Oktoberfest”ədək.

 

Gecədə qonaqlara Azərbaycan şirniyyatları təqdim olundu. Səfir Şahbazov 800-dək qonağın müsbət reaksiyasından məmnun qaldı: “Bu mənə ruh yüksəkliyi verir.  Mədəniyyət gecələri müntəzəm olaraq müxtəlif şəhərlərdə keçirilir və mən ümid edirəm ki, bunun vasitəsilə, dünyanın bir çox xalqları Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq”.

 

http://allegretto-zeitung.de/musikalische-reise-in-das-land-des-feuers/


Paylaş: