1 dekabr 2014

Birinci Avropa Oyunlarının İstanbuldakı təqdimatı ATV kanalında

Türkiyənin ATV kanalında “Bakı 2015” birinci Avropa Oyunlarının İstanbulda keçirilmiş təqdimatı ilə bağlı reportaj yayımlanıb.

 

Jurnalist Kamuran Abacıoğlu reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının gözəlliyindən danışır, Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını bildirir.

 

Reportajda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təqdimat mərasimindəki çıxışından əsas məqamlar yer alıb.

 

Reportajda bu gün Azərbaycanın öz siyasi, iqtisadi, sosial inkişafı, mədəni zənginliyi ilə dünyanın diqqət mərkəzində olduğu diqqətə çatdırılır.


VİDEO