14521644792037117259_1000x669.jpg
31 dekabr 2015

Özbəkistan portalında Zirə Mədəniyyət Mərkəzi və eko-park haqqında məqalə yayılıb

Özbəkistanın “Review.uz” portalında Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı ilə bağlı rus dilində məqalə yayılıb.

 

Məqalədə Mərkəzin və eko-parkın açılışının olduğu, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirak etdikləri oxucuların diqqətinə çatdırılır.

 

Bildirilir ki, bu layihə Heydər Əliyev Fondunun son illərdə Azərbaycanda həyata keçirdiyi orijinal layihələrdən biridir.

 

Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var.

 

Qeyd edilir ki, muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. Bu məkanda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.


http://review.uz/index.php/novosti-main/item/6349-v-azerbajdzhane-otkrylsya-tsentr-kultury-zirya-i-eko-park