ALMATI-ALTIN KORPU-JURNAL-M.ALIYEVA-MAQALA.jpg
18 oktyabr 2011

“Altın körpü” jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc dilib

Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan “Altın körpü” jurnalının son nömrəsində  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən bəhs edən geniş məqalə dərc dilmişdir.

 

Material rəngli şəkillərlə müşayiət olunur.

 

Jurnalın üz qapağında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəngli şəkili də verilmişdir.


 

Nəşrin ilk fəsli Azərbaycana həsr olunmuşdur. Jurnallarda Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə “Hilton Bakı” otel kompleksinin açılış mərasimində iştirakı və dövlətimizin başçısının həmin tədbirdəki nitqi də əksini tapmışdır.

 

Məqalənin müəllifləri jurnalistlər Ramiz Məşədihəsənli və Hökümə Xəlilovadır.

 

Ramiz Məşədihəsənli demişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təqdirəlayiq fəaliyyəti barədə  Bişkekdə nəşr edilən “Türkel”, Almatıda çıxan “Vətən” qəzetlərində geniş yazılar dərc olunmuş, həmçinin Bişkek və Almatıda radiolarda veriliş yayımlanmışdır.

 

“Altın Körpü” jurnalı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün 2008-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı irəli sürdüyü təklifə əsasən nəşr olunur.