1.jpg
26 avqust 2016

Küveytin “Əl-Nahar” qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında məqalə dərc olunub

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində və bu qəzetin elektron səhifəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.

 

Jurnalist Samira Frimeçenin müəllifi olduğu məqalədə Mehriban Əliyevanın həyatı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söhbət açılır. Müəllif, həmçinin Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.

 

Bununla yanaşı, məqalədə Mehriban Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən Fəxri diplomla təltif edildiyi də vurğulanıb.