23 may 2017

İtaliya mətbuatı Azərbaycanın 57-ci Venesiya Biennalesindəki pavilyonundan yazır

İtaliyanın nüfuzlu "Il Nodo di Gordio" mərkəzinin internet saytında tədqiqatçı, sərgilər üzrə kurator Anna Skavezzonun müəllifi olduğu "Yaşa incəsənət yaşa. Bir günəş altında" başlıqlı məqalə dərc olunub.

 

Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın 57-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində iştirakından bəhs olunur. Lezzo Sarayında yerləşən “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan Azərbaycan pavilyonunda nümayiş etdirilən sərginin konsepsiyası, o cümlədən “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri barədə məlumat verilir.

 

http://www.nododigordio.org/breaking-news/viva-arte-viva-sotto-un-unico-sole/.

 

Bundan əlavə, İtaliyanın mədəniyyət və incəsənət sahəsinə aid “Arte”, “Arte Magazine”, “İl Giornale dell’Arte” kimi jurnallarında da Azərbaycanın 57-ci Venesiya Biennalesində iştirakı ilə bağlı materiallar dərc olunub.

 

http://www.arte.it/calendario-arte/venezia/mostra-il-padiglione-dell-azerbaijan-sotto-un-unico-sole-l-arte-di-vivere-insieme-39063

 

http://www.artemagazine.it/mostre/item/4308-sotto-un-unico-sole-il-padiglione-dell-azerbaigian-alla-biennale-di-venezia

 

http://www.ilgiornaledellarte.com/articoli/2017/5/127721.html