22 iyun 2011

Almatıdakı “Türkel” internet qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edən məqalə dərc olunub

Almatıdakı “Türkel” internet qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə əlaqədar “Rol Mexriban Alievoy v kulturno-obrazovatelnoy jizni Azerbaydjana” sərlövhəli geniş materialı verilmişdir.


Məqalədə deyilir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisinin deputatı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Məqalədə deyilir ki, beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ musiqi festivalı, aşıqların beynəlxalq festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilmişdir.

 

Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilmiş, açıq səma altında “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.

 

Materialda Mehriban Əliyevanın çox şaxəli fəaliyyəti “Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz rolu”, “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, “Beynəlxalq fəaliyyət”, “Azərbaycanın YUNESKO və İSESKO ilə əməkdaşlığının mədəni həyatın uğurlu inkişafına təsiri”, “Azərbaycan qadınlarının dünya tarixində rolu” və digər müxtəlif yarımsərlövhələr altında verilmişdir.

 

Rəngli şəkillərlə müşayiət olunan materialın tam mətni ilə turkelpress.com saytında tanış olmaq olar.