26 dekabr 2012

Heydər Əliyev Fondu “Buta” sarayında Yeni İl şənlikləri keçirəcək

Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni İl şənlikləri keçiriləcək. Şənliklərə gəlmək üçün Fond tərəfindən xüsusi avtobuslar ayrılıb.


Üç gün davam edəcək şənliklərdə üç minə yaxın uşağın iştirakı gözlənilir.


Paylaş: