23 aprel 2013

Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiya paytaxtında səfərdə olacaqlar

Heydər Əliyev Fondunun nümayəndələri aprelin 26-dan mayın 1-dək Kolumbiyanın paytaxtı Boqota şəhərində səfərdə olacaqlar. 


Səfər zamanı Heydər Əliyev Fondu ilə Boqota şəhərində yerləşən Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. 


Eyni zamanda, Heydər Əliyev Fondu Kolumbiyada hər il artmaqda olan uşaq və qadın zorakılığının qarşısının alınmasına yönəldilən layihələrin həyata keçirilməsinə yardım etmək məqsədilə Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fonduna maliyyə dəstəyi də göstərəcək.


Səfər zamanı Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiyanın müxtəlif dövlət və hökümət nümayəndələri ilə görüşlər keçirəcək, Boqotada yaşayan uşaq və gənc qızların problemləri ilə tanış olacaqlar. Səfərin üçüncü günündə nümayəndə heyətinin Kolumbiya Senatının İkinci Konstitusional Komitəsinin sədri xanım Alexandra Moreno ilə görüşü olacaq.


Xatırladaq ki, Heydər Əliyev Fondu və Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq ötən ilin iyulunda xanım Alexandra Morenonun ölkəmizdə səfərdə olduğu zaman Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşündə müzakirə olunmuşdu.


Paylaş: