21 fevral 2012

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə yürüş keçirəcək

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə yürüş keçirəcəkdir.


Təmsilçilikdən bildirmişlər ki, fevralın 25-də saat 14.00-da Bursanın mərkəz meydanında keçiriləcək yürüşlə bağlı şəhər Valiliyi və əmniyyət müdiri ilə görüş keçirilmiş, onların razılığı alınmışdır.


“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçiriləcək yürüşə Bursa sakinləri, şəhərin qonaqları və burada yaşayan azərbaycanlılar dəvət olunmuşlar. Yürüşdə iştirak edəcək insanların əllərində Xocalı faciəsini əks etdirən fotoşəkillər və transparantlar olacaqdır.


Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin mətbuat açıqlaması ilə başa çatacaqdır.